Sahibkarlara 97 milyon manat kredit verilib
Bizi izləyin

Ekopublika.az

Sahibkarlara 97 milyon manat kredit verilib

“2015-ci ilin birinci yarım ili ərzində 2972 sahibkara 97 milyon manat güzəştli kredit verilib”.

Publika.az xəbər verir ki, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib. O deyib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il maliyyələşdirilmiş layihələrin sayı 13% artıb. Bu dövrdə güzəştli kreditlərin 86,2%-i aqrar sektorun, 13,8%-i müxtəlif sənaye və digər sahələrin inkişafına verilib. Kreditlərin 73,5%-i respublikanın regionlarının payına düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm