Cazibədar müğənni fanatlarından niyə üzr istədi? - FOTO
Bizi izləyin

Magazin2

Cazibədar müğənni fanatlarından niyə üzr istədi? - FOTO

Dünyaca məşhur müğənni Cessi Cey Türkiyədə verəcəyi konserti təxirə salıb. Publika.az xəbər verir ki, müğənni mətbuata verdiyi açıqlamada bunu səhhətindəki problemlərlə əlaqələndirib.

Belə ki, ard-arda bir neçə əməliyyat keçirən müğənninin həkimləri ona səhnəyə çıxmağı qadağan ediblər.

Müğənni öz əli ilə məktub yazaraq türkiyəli pərəstişkarlarından üzr istəyib:

"Fanatlarıma təəssüflə bildirirəm ki, cümə günü İstanbulda baş tutması planlaşdırılan konsertimi təxirə salmalı oldum. Özümü səyahət edəcək və səhnəyə çıxacaq qədər yaxşı, gümrah hiss etmirəm. Zamana ehtiyacım var. Türkiyədəki bütün fanatlarımdan üzr istəyirəm. Ümid edirəm ki, ən yaxın zamanda görüşəcəyik”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm