Suriyada İŞİD-ə qarşı böyük ittifaq quruldu
Bizi izləyin

Dünya

Suriyada İŞİD-ə qarşı böyük ittifaq quruldu

PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı YPG ilə Suriya rejimi arasında ölkənin şimalında İŞİD-ə qarşı birlikdə döyüşmək barədə razılıq əldə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, razılaşma Suriyanın müdafiə naziri Fahad Casim əl-Freyc ilə YPG səlahiyyətliləri arasında keçirilən görüşdə əldə olunub.

Razılaşmaya görə, Suriya ordusu İŞİD-ə qarşı döyüşmək üçün YPG-yə silah-sursat və kəşfiyyat dəstəyi verəcək. Razılaşmadan sonra YPG-nin Hakeke şəhərinin bəzi məhəllələrini ələ keçirdiyi bildirilir.

Məlumata görə, Suriya ordusu ötən həftə Hasekedə “Cezire Qalxanı” adlı bir hərbi birləşmə yaradıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm