Çində 6,5 bal gücündə zəlzələ oldu
Bizi izləyin

Dünya

Çində 6,5 bal gücündə zəlzələ oldu

Bu gün səhər saatlarında Çinin Sintszyan-Uyğur Muxtar rayonunda 6,5 bal gücündə zəlzələ baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Xotan şəhərindən 164 kilometr uzaqda yerləşir. Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.

Həlak olanlar və dağıntılar haqqında heç bir məlumat verilmir.

Çin mətbuatının verdiyi ilkin məlumata görə, zəlzələdə 3 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Həmçinin bildirilir ki, 2 saat ərzində 50 dəfə yeraltı təkanlar hiss olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm