Nida.az
Siyavuş Novruzov: “Dünya Azərbaycanın necə təşkilatçı olduğunu əyani şəkildə gördü”
“Avropa Oyunları Azərbaycana bir çox cəhətdən xeyir verdi. Misal üçün, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması əsas məqamlardan biridir”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan
Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş
Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycan indiyə qədər bir çox mötəbər
tədbirlərə ev sahibliyi edir: “Azərbaycan öz təcrübəsinə güvənərək
Avropa Oyunlarını da mükəmməl şəkildə keçirdi. Bu, Azərbaycanda
olan iqtisadi inkişafın, ictimai həyatdakı sabitliyin, xalqla
iqtidarın bir yerdə olmasının bariz nümunəsi idi. Yarışların həm
açılış, həm də bağlanış mərasiminə bütün dünya ölkələrindən 1
milyarddan çox insan baxdı. Ölkəmizə çoxlu sayda turistlər,
idmançılar gəldi. Bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan
haqda dezinformasiyalar və mərkəzlər tərəfindən həqiqətə uyğun
olmayan məlumatlar yayılsa da, ölkəmizə gələn avropalılar faktiki
olaraq Azərbaycanı gördülər.
Turistlərin xərclədiyi vəsait hesabına Azərbaycanın ayrı-ayrı strukturları turizmdən gələn gəlirləri formalaşdırdı. Bu, gələcəkdə də turistlərin sayının artmasına xidmət edəcək. Yeni idman qurğuları tikilib istifadəyə verildi. Bundan sonra vətəndaşlarımızın istifadəsinə veriləcək. Azərbaycan gələcəkdə də bu cür tədbirlərə ev sahibliyi edə biləcəyini bir daha nümayiş etdirdi. Dünya Azərbaycanın necə təşkilatçı olduğunu əyani şəkildə gördü”.
S. Novruzov qarşıdakı dönəmdə Avropa Oyunlarının Azərbaycana
gətirdiyi dividendlərin daha aydın şəkildə görünəcəyini
düşünür.
Asif Nərimanlı
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO