Günay küsülü olduğu prodüseri ilə öpüşdü - FOTOLAR
Bizi izləyin

Magazin1

Günay küsülü olduğu prodüseri ilə öpüşdü - FOTOLAR

Gənc müğənni Günay İbrahimli ilə prodüser Təranə Səmədovanın arasındakı buzlar əriyir. Belə ki, müğənni Publika.az-ın obyektivinə ilk prodüseri Təranə Səmədova ilə səmimi görüntülərlə tuş gəlib. Müğənni Əbdül Xalidin ad günü məclisinə qatılan Günay bir müddət öncə aralarında gərginlik yaşanan prodüseri ilə mehriban münasibət sərgiləyib. Bir-birinə qarşı səmimi davranan köhnə dostlar birlikdə rəqs də ediblər.

Xatırladaq ki, Günay İbrahimli sənətə prodüser Təranə Səmədova ilə başlayıb. Daha sonra aralarında yaranan qalmaqal səbəbindən iş birliklərinə son qoyub və uzun müddət küsülü qalıblar.

Hazırda Günay İbrahimli prodüser Tamilla Hüseynəlieva ilə işləyir.

İsa Şükürov

Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm