31 dərəcə isti, güclü şimal küləyi - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

31 dərəcə isti, güclü şimal küləyi - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, havanın temperaturu bir qədər enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin güclənəcəyi gözlənilir.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda havanın temperaturu gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm