Efirdə aparıcının halı pisləşdi, çəkilişi dayandırdılar – FOTOLAR
Bizi izləyin

Magazin1

Efirdə aparıcının halı pisləşdi, çəkilişi dayandırdılar – FOTOLAR

Əzizlərini, doğmalarını itirən bir qrup müğənni efirdə bir araya gəliblər. Əməkdar artist Cabir Abdullayev, Manaf Ağayev, Elnarə Abdullayeva, bəstəkar Mətanət Dadaşova faciəvi şəkildə itirdikləri əzizlərindən danışıblar. Verilişin aparıcısı Tahirə Məmmədqızı dünyasını dəyişən atasını xatırlayarkən ağlayıb. Halı pisləşən aparıcıya görə çəkilişi dayandırıblar.

Publika.az xəbər verir ki, bütün bunları Space” televiziyasının efirində bu axşam saat 21.45-də yayımlanacaq “Gör, kim gəldi” verilişində izləyə bilərsiniz.

Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin ideya müəllifi “Space” televiziyasının prezidenti Vaqif Mustafayev, rejissoru Xamis Xanlaroğlu, operatoru Pərvizdir.

Verilişin informasiya dəstəyi Publika.az saytıdır.

Veriliş hər həftənin cümə günü axşam saat 21.45-də, təkrarı bazar günü saat 14.15-də yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm