Çempionumuzun şərəfinə konsert verildi - FOTOLAR
Bizi izləyin

Magazin1

Çempionumuzun şərəfinə konsert verildi - FOTOLAR

Müğənni Roza Zərgərli İlk Avropa Oyunlarında qalib gələn idmançılarımıza dəstəyini nümayiş etdirməkdə davam edir. Belə ki, müğənni bölgələrdə yay konsertlərinə start verib. Publika.az-a açıqlama verən ifaçı bildirib ki, turnenin ilk konserti Siyəsən rayonunda olub:

“Nəhayət, bu mövsüm solo konsertlərə start verdik. Biz bu konsertləri “Bakı vaxtı ilə hər bir obada” adı altında həyata keçiririk. İlk konsertimiz Siyəzəndə oldu. Turne zamanı bölgələrdə həyata keçirdiyimiz konsertlərin hər biri “Baku 2015” Avropa Oyunlarının idmançılarına həsr olunub. Belə ki, Siyəzən konserti “Baku 2015”in bürünc mükafatçısı Niyazi Əliyevə həsr olunmuşdu. Növbəti konsertlərimiz isə digər çempionlara həsr olunacaq”.

Qeyd edək ki, aparıcı Zabir Əliyevin aparıcılığı ilə baş tutan konsertdə R.Zərgərlini “Bakı instrumental ansamblı” müşayiət edib. Gecədə qonaq qismində müğənni Sevinc Ağaşirinova də çıxış edib.

Xatırladaq ki, müğənni bir neçə gün əvvəl idmançılarımızın şərəfinə “Yaşa, var ol, çempion” adlı klipini təqdim edib. Klipdə Azərbaycana medal qazandıran idmançılar da rol alıb.

İsa Şükürov

Fotoqraf Eko Agalarov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm