Boru kəmərləri uğrunda qanlı savaş: Avropa bir-birinə qarışır
Bizi izləyin

Nida.az

Boru kəmərləri uğrunda qanlı savaş: Avropa bir-birinə qarışır

Avropada “boru kəmərləri mübarizəsi”, yaxud “qaz müharibələri” adlandırılan proses qarışıq vəziyyətdə davam edir.


Publika.az xəbər verir ki, “The National İnterest” nəşri bu vəziyyəti araşdırıb.


“Cənub axını” dəfn ediləndən sonra doğulan “Türk axını” layihəsini Brüssel qəbul etmir. Yunanıstanın yeni hökuməti bu layihəyə yaşıl işıq yandırsa da, öz ərazisindən keçən hissəsinin adının “Yunan axını” adlandırılmasını istəyir.

Rusiya buna paralel olaraq Almaniyaya birləşən “Şimal axını” kəmərini uzatmağı düşünür. Bu arada, “Nabucco”nun dirçəlişi haqda da şayiələr dolaşır. Azərbaycan isə öz qazını TAP vasitəsilə Avropaya çatdırmaq üzərində işləyir. Bunu Brüssel də dəstəkləyir. Həmçinin Türkmənistan qazının da bu kəmərə vurulması gözləntiləri var. Avropa diqqətini Şimali Afrikaya da yönəldib. Belə ki, Əlcəzairdən Sardiniyaya qədər çəkiləcək, daha sonra İtaliyaya birləşəcək “GALSİ” boru kəməri üzərində də dayanılır. Beləliklə, boru kəmərləri üzərində qarışıq olan təhlükəli tendensiyalar yaranıb.

Lakin yeni layihələr bununla bitmir. Yunanlar Kiprdən boru kəməri tikməyə ümid edirlər. Həmçinin İsrail regionda siyasəti dəyişmək istiqamətində addımlar atır. Bu həm də İrana qarşı sanksiyaların ləğv olunacağı təqdirdə yaranacaq yeni şəraitlə bağlıdır. Çünki belə olacaqsa, İran Rusiyanın üstün vəziyyətinə zərbə endirəcək. Məsələ ondadır ki, qaz kəmərləri üzərində oynanılan oyunlar olduqca təhlükəlidir.


Avropada geosiyasi vəziyyəti dəyişdirəcək bu oyunlara kifayət qədər pul xərclənir, lobbiçilik aparılır və bəlkə də, bir ordu qədər insan çalışır. Amma Avropada mövcud qaz biznesi yoxdur. 2010-cu illə müqayisədə qaza tələbat 23 faiz azalıb, qaz kəmərlərinin tikintisinin analizi ilə bağlı müzakirələrsə çoxalır. Məsələ ondadır ki, hazırkı şərait heç vaxt bu qədər əlverişli olmayıb. Xüsusilə, vergi verənləri enerji təhlükəsizliyinə görə strateji hədəflərə inandırmaq imkanı var.


Belə qarışıq bir vəziyyətdə “boru kəmərləri mübarizəsinin” perspektivi qaranlıq görünür. Burada dörd səbəb var.


1. Boru kəmərləri axınların istiqamətini müəyyən etmir. İnfrastruktur tikilə bilər, amma qaz axınları bazar reallıqlarından asılıdır. Misal üçün, 2012-ci ildə “Şimal axını” Rusiyanın ixracat imkanlarını üçdə birə qədər artırdı. İndi isə Rusiyanın ixracat həcmləri əvvəlki kimi deyil. Əlcəzairin ixracat həcmləri 2011-ci illə müqayisədə 35 faiz azalıb.

2. Boru kəmərlərinin istiqamətləri üzərində qarışıq vəziyyət yaranıb. Azərbaycan öz qazını Avropa bazarına çıxarmaq üçün sürətlə işləyir və bunu Brüsselin dəstəyi ilə edir. Rusiya da Avropa bazarına doğru iki istiqamətdə irəliləyir. “Şimal axını”ndan həcmlər azalsa belə, bu mövcuddur. Eyni zamanda, Türkiyə üzərindən yeni kəmərin tikintisi planlaşdırılır. Brüssel bundan imtina etsə də, Moskva israrlıdır. Belə bir qarmaqarışıq proseslər gedir.

3. Layihələrin hazırlanması ciddi siyasi ritorika ilə ağırlaşdırılır. Belə ki, boru kəmərləri daha çox müstəqil olmağa xidmət edirsə, yaxud hansısa qüvvənin təsiri altına düşmək təhlükəsi yaranırsa, o zaman geosiyasi daşlar da bir-birinə qarışır. Yəni qərarlar və gedişlər tez-tez dəyişir.

4. Boru kəmərləri bizi reallıqdan uzaqlaşdırılır. Təsadüfi müşahidəçi və qarışıq düşüncələr yaranır. Halbuki bu gün Avropa üçün qaz təchizatçılarının seçimi müxtəlifdir. Bura Azərbaycandan tutmuş Norveçə qədər müxtəlif istiqamətlər daxildir.



Hər şeydən pis olan isə budur ki, Ukraynada müharibə aparan Rusiya sanksiyaların ağırlığı altında əzilir. Buna görə də o, “qaz müharibələri”, yaxud “boru kəmərləri mübarizəsi” adlandıra biləcəyimiz bu vəziyyətdən sui-istifadə edə bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm