Əbdul Mahmudbəyli: “Bü mötəbər tədbirlə bütün dünyaya səs sala bildik”
Bizi izləyin

Magazin1

Əbdul Mahmudbəyli: “Bü mötəbər tədbirlə bütün dünyaya səs sala bildik”

“Bakı 2015” Birinci Avropa Oyunları Azərbaycan tarixinə şanlı hərflərlə yazıldı. Bu qürurverici hadisə hər bir azərbaycanlının gözünü sevincdən yaşartdı.

Bu sözləri Publika.az-a tanınmış rejissor, əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyli deyib.

Rejissor xalqımızın bu hadisə ilə bir ilkə imza atdığını bildirib:

“Azərbaycan bir ilkə imza atdı. Bütün dünyaya güclü, qüdrətli dövlət, eyni zamanda sülhsevər bir xalq olduğumuzu sübut etdik. Bu həm də bir fürsət idi. Milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi, mətbəximizi layiqincə nümaiyş etdirdik. Bü mötəbər tədbirlə bütün dünyaya səs sala bildik. Uğurlarımızın davamı yenə də gələcək. Bu tədbir bütün insanları birləşdirdi, xalqımız prezidentimizin ətrafında daha da sıx birləşdi. Bu birlik, bu əzəmətlə Avropada mövqeyimizi daha da möhkəmləndirdik.

Mən efir vasitəsi ilə bu tədbiri izləyirdim. Medalçılarımızın uğurlarını gözlərim yaşara-yaşara izlədim. Fəxr ediləsi bir hadisədir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm