Məişət zorakılığı ilə bağlı komissiyalar yaradılır
Bizi izləyin

Qırmızı.az

Məişət zorakılığı ilə bağlı komissiyalar yaradılır

“Azərbaycanda bütün icra hakimiyyətlərində məişət zorakılığının qarşısının alınması üçün monitorinq komissiyaları yaradılır”.

Bunu Publika.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyasının hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, bu yenilik “Məişət zorakılığı haqqında” qanunun tətbiqindəki boşluqları aradan qaldırmaq üçün həyata keçirilir:

“2010-cu ildə “Məişət zorakılığı haqqında” qanun qəbul edilib. Ondan sonra Nazirlər Kabineti tərəfindən 5 qayda təsdiq edilib. Lakin bu günə qədər hələ də qanunun icrası ilə bağlı problemlər, boşluqlar var. Bunları aradan qaldırmaq, qanunun icrasının işləkliyini təmin etmək, məişət zorakılığından əziyyət çəkənlərin daha yaxşı müdafiəsi, onların ailə üzvlərinin müdafiəsi kimi məsələlərin həlli və gücləndirilməsi üçün bütün yerli icra hakimiyyəti orqanlarında monitorinq qrupları yaradırlar. İcra hakimiyyəti başçısının qadın müavini bu komissiyaya rəhbərlik edir. Bundan başqa qrupda yerli təhsil, səhiyyə şöbələrinin müdirləri, polis idarəsinin rəisi, prokuror, sosial müdafiə mərkəzlərinin müdirləri təmsil olunur. Artıq Şuşa rayon İcra Hakimiyyətində monitorinq qrupunun birinci iclası keçirilib. Monitorinq qrupu həmin rayon ərazisində baş verən məişət zorakılığının monitorinqi aparılacaq, təhlil ediləcək, müzakirələr keçirib, əziyyət çəkənlərə yardım edəcək. Daha ağır zorakılıq halları olduqda komissiyanın növbədənkənar iclası keçiriləcək. Monitorinq qrupları ayda bir dəfə toplanmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi monitorinq qrupları ilə görüşlər keçiriəcək, qanunla bağlı onları təlimatlandıracaq, beynəlxalq təcrübə ilə bağlı məlumat verəcək. Komitə ilə monitorinq qrupları arasında əməkdaşlıq olacaq”.

T.İbrahimova onu da bildirib ki, bu gün məişət zorakılığı haqqında informasiyalar məlumat bankında toplanır. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkil edir. Bu baxımdan komissiyalar komitənin işini asanlaşdırmış olacaq. Monitorinq qrupları qanunun icrasında köməklik göstərəcək.

T.İbrahimova bildirib ki, monitorinq komissiyaları uşaq hüquqları ilə bağlı icra hakimiyyətlərindəki müvafiq komissiyaların fəaliyyətindəki problemləri aradan qaldıracaq. Onun sözlərinə görə, komissiya ərazilərdə risk qrupuna aid ailələri öncədən müəyyən edəcək, problemlərinin həllinə dəstək olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm