Niyam Salami Rəhim Rəhimliyə görə evlənmirmiş…- ŞOK
Bizi izləyin

Magazin1

Niyam Salami Rəhim Rəhimliyə görə evlənmirmiş…- ŞOK

"Əsl şou" verilişinin qonağı olan müğənni Rəhim Rəhimlinin verilişin aparıcısı Səidə Sultanla sözü çəpləşib. Mübahisə evlilik məsələsinə görə düşüb.  

 

Publika.az xəbər verir ki, bu gün verilişdə Rəhim Rəhimli yenidən aşiq olduğunu deyib. Ancaq evlənmək barədə düşünmədiyini də xüsusi vurğulayıb:

 

"Neçə illərdir sevgi yaşamırdım. Bu aralar artıq o da var".

 

Səidə Sultan isə evlənməyin vacib şərt olduğunu bildirib:

 

"Evlənmək lazımdır. Yaşdan gedir. Niyam Salami də sənin kimi, evlənmək istəmədiyini deyir".

 

Bu dəm Rəhim Rəhimli Niyamın evlənməməsində özünün rolundan danışıb. Ona bu məsləhəti məhz özünün verdiyini əlavə edib:

 

"Niyam bir dəfə ailə qurub, ayrılıb. Mən ona məsləhət görürəm ki, bir az fasilə versin".

 

Bu fikir Səidəni daha da qıcıqlandırıb.

 

"Yaşdan gedir. Mən səninlə razı deyiləm. Evlənmək də lazımdır, uşaq da lazımdır".

 

Amma  Rəhim Rəhimli yenə də öz fikrində qalıb.

 

"Yaşdan getmir. Gəlirlər də gənclər, görürük. Bizdən yaşlı görünürlər".

 

Verilişin aparıcısı müğənni Səidə Sultanla səmimi söhbət edən Rəhim, ard-arda hit mahnılarını da ifa edərək verilişdə əsl şou nümayiş etdirib.

 

Qeyd edək ki, "Günaydın" verilişi həftəiçi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında "Space" telekanalında yayımlanır.

 

İsa Şükürov

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm