Moskvanın “oğurluq” strategiyası: Rusiya nüvə müharibəsinə niyə gedir?
Bizi izləyin

Nida.az

Moskvanın “oğurluq” strategiyası: Rusiya nüvə müharibəsinə niyə gedir?

“Böyük müharibə, hətta nüvə müharibəsi perspektivi Avropada ağlasığmaz deyil”.

Publika.az xəbər verir ki, bu sözləri “The Washington Post” nəşrində siyasi analitik Deniel Drezner yazıb.

Analitik qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinə böyük dövlət statusunu qaytarmaq istəyir: “Rusiya prezidenti Vladimir Putinin işi strateji bilməcədir. O, Rusiyaya “soyuq müharibə” illərindəki böyük dövlət statusunu qaytarmaq istəyir. Amma onun Rusiyası Sovet İttifaqından qat-qat zəifdir. Bu, iqtisadi məsələlərə aiddir. Amma Putin düşünür ki, nüvə silahında onun nisbi üstünlüyü var”.

Müəllifin fikrincə, Putin müttəfiqlər və rəqiblərlə münasibətlərdə “ədəbi cəza stretegiyası”na tərəfdar olan oyunçunun obrazını yaratmaq istəyir: “Müəyyən mənada bu strategiya “soyuq müharibə” dövründə NATO-nun strategiyası idi. Xatırlamaq lazımdır ki, NATO “soyuq müharibə” dövründə özünün şərti güclərini Varşava müqaviləsinin güclərindən daha zəif hesab edirdi. Bu səbəbdən də NATO “soyuq müharibə” dövründə nüvə silahlarının tətbiq edilməməsi doktrinasından imtina edən birinci tərəf oldu. Bu, SSRİ-in hərbi üstünlüyünü tarazlaşdırmaq üçün idi”.

Məqalənin müəllifi qarşısına belə bir sual qoyur ki, Putinin strategiyası işləyəcəkmi?

“Həqiqət ondan ibarətdir ki, Putinin strateji mövqeləri beş il əvvəlki dövrlə müqayisədə daha zəifdir. İndi o, daha çox zəif daxili iqtisadiyyatla məşğul olmalıdır. Putin Şərqi Avropanı bu regionda güclənməyə çalışan NATO-dan qorumağa çalışır. Kreml rəhbəri müxtəlif yollarla cavab verir, amma onlardan heç biri effekt vermir”.

Qeyd edilir ki, Rusiya Şərqə - Cinə qucağını açıb, amma Pekin ticari xeyir götürmək üçün bu imkandan məmnuniyyətlə istifadə edəcək. Müəllif hesab edir ki, Putinin strategiyası yalnız ölkə daxilində işlədi, ölkə daxilində mövqelərini gücləndirdi.

“Pis vəziyyətə düşən Putin bir qayda olaraq vəziyyəti gərginləşdirmək vasitəsilə dirçəlişə ümid edir. Mümkündür ki, Putin Ukrayna münaqişəsini gərginləşdirməklə NATO-nun möhkəmliyini yoxlasın”, - Deniel Drezner sonda yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm