Hacı Əliyev: “Uzun müddət xatırlanacaq bir turnir təşkil olunmuşdu”
Bizi izləyin

Bakı 2015

Hacı Əliyev: “Uzun müddət xatırlanacaq bir turnir təşkil olunmuşdu”

Hacı Əliyev 61 kq çəki dərəcəsində Avropa Oyunları çərçivəsində sərbəst güləşdə bürünc medal qazandı. Onun qızıl qazanmamasına baxmayaraq, erməni güləşçini böyük hesabla məğlub etməsi azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılandı.

H.Əliyev bu dəfə Publika.az-a Avropa Oyunlarının təşkilatçılığından və onların çıxışına necə təsir etməsindən danışdı:

“Bakı 2015 I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim ilk qələbəmiz idi. Bu çox böyük sevinc idi. Uzun müddət yaddaşlarda qalacaq, xatırlanacaq bir turnir təşkil olunmuşdu. Yəni oyunlar çox yüksək səviyyədə keçirildi. “Tərəqqi” medalı ilə təltif olunmağım sevincimi daha da artırdı”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm