İdmançılarımız reytinq siyahısında irəlilədilər
Bizi izləyin

Bakı 2015

İdmançılarımız reytinq siyahısında irəlilədilər

Azərbaycan taekvondoçularının Avropa Oyunlarındakı uğurları onların olimpiya reytinq siyahısındakı mövqeyinə təsir edib. Belə ki, onların uğurlu çıxışı siyahıdakı yerlərini daha da yaxşılaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə wtkmedia.com saytı məlumat yayıb.

Belə ki, Fəridə Əzizovanın (-67 kq) I Avropa Oyunlarında qadınlar arasında gümüş medal qazanması onun Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq siyahısında xallarına müsbət təsir edib. O bu siyahıda daha 4 pillə irəliləyərək 9-cu yerə qalxıb. - 67 kq çəki dərəcəsinin olimpiya reytinq siyahısının birincisi Avropa Oyunlarında Fəridənin yarımfinalda məğlub etdiyi isveçli Elin Yohanssondur.

Oyunlarda idmançımız Radik İsayev (+80 kq) isə həmin siyahıda ikinci yerdəki mövqeyini möhkəmləndirib. Özbəkistanlı Jasur Baykuziyev isə bu çəkinin siyahısında liderdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm