Millət vəkili ön cəbhədə müəllimlərlə görüşdü – FOTO
Bizi izləyin

Qırmızı.az

Millət vəkili ön cəbhədə müəllimlərlə görüşdü – FOTO

Millət vəkili Qənirə Paşayeva, TUSİAB –ın sədri Yavuz Keleş, baş katibin müavini Selcuq Düzgün, qurumun bir sıra nümayəndələrinin iştirakı ilə Tovuz rayonunun ön cəbhədə yerləşən Əlibəyli kəndində Ramazan bayramı münasibətilə müəllimlərlə və məktəb kollektivi ilə görüş keçiriblər.

Publika.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva görüş zamanı Ramazanın bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb.

Ramazan Bayramı münasibətilə ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və Əlibəyli kənd məktəbinin bütük kollektivini öz hədiyyələri ilə təbrik edən TUSİAB-a və onun rəhbərliyinətəşəkkürünü bildirən Qənirə Paşayeva bu cür dəstəklərin, ozəlliklə cəbhə bölgələrinə edilməsinin çox önəmli olduğunu bildirib. Ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından,vətən və torpaq sevgisindən danışan millət vəkili dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin daim qəhrəmanlıqla düşmənə qarşı mübarizəsini hər yerdə yaşayan gənc nəsillərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb.

Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir. Məktəbin direktoru Samir Əmiraslanov çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib. Q.Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib.

Q.Paşayeva bütün müəllimlərə və yaxşı oxuyan şagirdlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm