Çempionlar Liqasında rəqiblərimiz məlumdur
Bizi izləyin

İdman

Çempionlar Liqasında rəqiblərimiz məlumdur

Çempionlar Liqasının 2015/2016 mövsümünün püşkatma mərasimi baş tutub. Söhbət qadın voleybolçular arasında keçiriləcək turnirdən gedir.

Publika.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə Azərbaycanın "Telekom", "Lokomotiv" və "Azərreyl" klublarının rəqibləri müəyyənləşib.


Super Liqanın qalibi "Telekom" Türkiyə çempionu "Fənərbaxça", Polşa "İmpel"i və Bundesliqanın qalibi "Dresdner"lə qüvvəsini sınayacaq.


Püşk "Lokomotiv" və "Azərreyl"i bir-birinə rəqib edib. Onların mübarizə aparacağı A qrupunda Rusiya çempionu Kazan "Dinamo"su və Almaniya çempionatının gümüş medalçısı "Stutqart" da var.


Qrup mərhələsinin oyunlarına oktyabrın 27-də start veriləcək və yanvarın 27-də başa çatacaq. Reqlamentə əsasən, qrupda ilk 2 pilləni tutacaq klublar pley-offa vəsiqə qazanacaq. Yarışın "Dördlər finalı" isə 2016-cı il aprelin 9-10-na nəzərdə tutulub.

A qrupu
Dinamo (Kazan, Rusiya), Lokomotiv (Azərbaycan), Azərreyl (Azərbaycan), Stutqart (Almaniya)

B qrupu
Vakıfbank (Türkiyə), Atom (Polşa), Novara (İtaliya), Kalsit (Sloveniya)

C qrupu
Əczaçıbaşı (Türkiyə), Ximik (Polşa), Kasalmaqqiore (İtaliya), Agel (Çexiya)

D qrupu
Uraloçka (Rusiya), Kann (Fransa), Volero (İsveçrə), Partizan (Serbiya)

E qrupu
Fənərbaxça (Türkiyə), Telekom (Azərbaycan), Dresdner (Almaniya), İmpel (Polşa)

F qrupu
Dinamo (M, Rusiya), Le Kannet (Fransa), Alba (Rumıniya), Pyaçentsa (İtaliya)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm