Deputat: “Azərbaycan Avropa Oyunlarının vətəni kimi xatırlanacaq”
Bizi izləyin

Nida.az

Deputat: “Azərbaycan Avropa Oyunlarının vətəni kimi xatırlanacaq”

“İlk Avropa Oyunları Azərbaycan və dünya olimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazılıb”.

Bunu Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, “Bakı 2015” I Avropa Oyunları Azərbaycan tarixinə əbədi həkk olunub. F.Ağamalı deyib ki, 17 gün böyük sevinc və qürur yaşadan Avropa Oyunları Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb: “Bununla da dünyaya nümayiş olundu ki, Azərbaycan güclü və müstəqil dövlətdir, istənilən əfsanə görünən layihəni reallaşdırmaq gücünə malikdir. Baxmayaraq ki, Azərbaycan indiyədək başqa sahələrdə də bunu sübut edib. Yəni, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan “Əsrin müqaviləsi” layihəsini, daha sonra isə Bakı-Tiflis-Ceyhan əsas neft boru kəmərinin tikintisi işini reallaşdırıb. İndi Azərbaycanın çox ciddi təşəbbüskarı olduğu TAP və TANAP layihələrinin də yaxın zamanlarda reallaşacağına tamamilə əminəm. Azərbaycan dünyanın bir çox problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Burada hər il ənənəvi sivilizasiyalar arası dialoq forumları keçirilir. Azərbaycan 2012-ci ilə “Eurovision” beynəlxalq mahnı yarışmasına da yüksək səviyyədə ev sahibliyi edib. Bundan sonra isə Azərbaycan həm də idman ölkəsi kimi tanınacaq. Bütün bunların hamısını uğurla reallaşdıran insan 2003-cü ildən bəri Azərbaycana rəhbərlik edən ölkə başçısı İlham Əliyvedir. Həmçinin, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın yüksək təşkilatçılıq istedadı özünü bir daha təsdiq edib. Beləliklə biz dünyanı bir meydana gətirən, dostları sevindirən, düşməni isə məyus edən “Bakı 2015” I Avropa Oyunlarını yüksək səviyyədə başladıb sona çatdıra bildik”.

Deputat qeyd edib ki, ilk Avropa Oyunları Azərbaycana müasir və böyük idman infrastrukturu bəxş edib: “Bütün bu idman infrastrukturu Azərbaycana xalqına qaldı. Gələcəkdə digər beynəlxalq tədbirlər üçün də bu obyektlərdən geniş şəkildə istifadə olunacaq. Tam məsuliyyətlə deyirəm ki, ilk Avropa Oyunlarının əsası Azərbaycanda qoyulmaqla, ölkə standartları səviyyəsində keçirilib. Azərbaycan standartları dünya standartlarının bir çox elementlərini zənginləşdirdi və bu oyunlar təkcə dünya standartları kimi deyil, həm də Azərbaycan standartları kimi tarixə düşdü. Gələcəkdə hər Avropa Oyunları keçirilən zaman ilk ev sahibi etmiş Azərbaycan xatırlanacaq. Bu gün Dünya Olimpiya Oyunları keçirilən zaman Yunanıstan olimpiya oyunlarının vətəni necə xatırlanırsa, Azərbaycan da ilk Avropa Oyunlarının vətəni kimi xatırlanacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm