“Pələng” "zadəgan" oldu!
Bizi izləyin

İdman

“Pələng” "zadəgan" oldu!

Mövsümlərarası transfer dövrünün növbəti bombasını “Çelsi” partladıb. “Zadəganlar” “Monako”ya məxsus Radamel Falkaonun keçidini rəsmiləşdirib.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi kolumbiyalı futbolçunu icarəyə götürüb.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Falkaonun əvvəlki formasını bərpa etməsi üçün əlindən gələni edəcəyini bildirib. 29 yaşlı futbolçu da öz növbəsində "Çelsi"yə keçdiyi üçün xoşbəxt olduğunu bildirib. “Pələng” yeni komandasında məşqlərə başlamağı və klubun Avropada uğur qazanmasına kömək etməyi səbirsizliklə gözlədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm