Bu qəsəbə “Twitter”lə idarə olunur
Bizi izləyin

Texnoloji

Bu qəsəbə “Twitter”lə idarə olunur

İspaniyanın Jun adlanan bir qəsəbəsi “Twitter”in köməyi ilə idarə olunur.

Publika.az İngiltərənin “Guardian” nəşrinə istinadən xəbər verir ki, qəsəbə sakinləri dövlət strukturlarına müraciətləri “Twitter”dən edir.

Sakinlər zibillərin toplanması, təclili tibbi xidmət və xilasedicilərin çağırılması kimi bir işlərini “Twitter”in köməyilə görür. “Guardian”ın yazdığına görə, qəsəbədəki həyat ağıllara belə bir sual gətirir: Gələcəkdə bütün yerli icra orqanları bu şəkildəmi işləyəcək?

Jun qəsəbəsi hər il beynəlxalq “Twitter” konfransına ev sahibliyi edir.

Qəsəbənin 45 yaşındakı bələdiyyə başçısı Joze Antonio Rodriges Salas 2005-ci ildən bu vəzifədədir. O, “Twitter”in köməyi ilə bürokratik əngəlləri aradan qaldırdığını bildirir.

Qəsəbənin 3 min 500 sakininin demək olar ki, hamısının “Twitter” hesabının açılması üçün təbliğat aparılır. Bələdiyyə sədrinin sözlərinə görə, yeni sistem nəticəsində qəsəbədəki polislərin sayını 75 faiz azaltmaq mümkün olub. Belə ki, polisə də şikayətlər “Twitter”lə çatdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm