Xalq artisti: “Əgər hansısa qadın ərinin yanında…”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Əgər hansısa qadın ərinin yanında…”

Son vaxtlar yaşlı həmkarları arasında ən çox seriallara dəvət alan aktyorlardan biri də xalq artisti Arif Quliyevdir. Gənclərin ekranlaşdırdıqları komediya filmlərinə həvəslə çəkildiyini deyən xalq artistinin bir narazılığı var.

Publika.az-a açıqlama verən aktyor açıq-saçıqlığın və qurşaqdan aşağı zarafatların əleyhinə olduğunu deyib:

“Mən özüm də komik aktyoram və hər zaman insanların üzünü güldürmüşəm. Amma həmişə çalışmışam, gülüş naminə qeyri-etik ifadələrdən və zarafatlardan istifadə etməyim. Nəzərə almışam ki, tamaşalara insanlar ailəsi ilə birlikdə gəlir. Əgər hansısa qadın ərinin yanında mənim çəkildiyim filmə baxmağa utanacaqsa, onda, bu filmdən danışmağa dəyməz. Bu gün çəkilən filmlərdə bəzən belə qurşaqdan aşağı zarafatlara rast gəlmək olur”.

Xalq artisti cavanlara məsləhət görür ki, belə vasitələrdən istifadə etməsinlər. Əks halda, tamaşaçını itirə bilərlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm