Reper Qurddan böyük iddia: “Bu il 5000-dən çox adam olacaq” - FOTOLAR
Bizi izləyin

Magazin1

Reper Qurddan böyük iddia: “Bu il 5000-dən çox adam olacaq” - FOTOLAR

Reper Qurd konsert verməyə hazırlaşır. İyulun 18-də reperin Nabranın əyləncə məkanlarından birində yay konserti reallaşacaq. Bu barədə ifaçı Publika.az-a açıqlama verib.

“Bu ay Nabranda yay konsertim reallaşacaq. Konsertimdə DJ Çina da iştirak edəcək. Bu ilki konsertim ötən il Nabranda olan konsertimdən də maraqlı olacaq. Keçən il 3500 tamaşaçı var idisə, bu il 5000-dən çox adam olacaq. Konsert proqramı “Tut göylərin ritmini” adlanır”.

İfaçı konsert proqramı ilə yanaşı, Aysel Əlizadə ilə birgə oxuduğu “Apar məni” mahnısına klip çəkildiyini də bildirib.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm