8 uşağının qatili olan ana məhkəmə qarşısında - FOTOLAR
Bizi izləyin

Dünya

8 uşağının qatili olan ana məhkəmə qarşısında - FOTOLAR

Fransada yaşayan evdar qadın 8 uşağını qətlə yetirməkdə günahkar bilinib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Dominik Kottre 1989-2000-ci illərdə yenicə doğulan 8 uşağını qətlə yetirib. Dominik 2007-ci ildə anasının ölümündən əvvəl və sonra atası ilə cinsi münasibətdə olduğu üçün atasından uşağa hamilə qalmasından qorxub. Lakin test nəticəsində qadının ərindən hamilə qalması məlum olub.

Dominik kök olduğu üçün nə həkimlər, nə əri, nə də ki, iki qızı anasının hamilə olmasından şübhələnməyib. Qadın uşaqları məxfi şəkildə hamam otağında doğaraq onları boğub. Sonra isə körpələrin meyitini yaxın bir ərazidə gizlədib.

2010-cu ilin iyulundan Dominikin evini alan yeni ev sahibəsi bağda işləyərəkən kisəyə bükülü iki körpə sümükləri aşkar edib.

Belə ki, Dominik 2 körpəsinin meyitini həyətində basdırıb. Qalan 6 meyit isə evdə, qarajda gizlədilib.

51 yaşlı qadının cinayətində başqaları ilə əlbir olub-olmadığı yoxlandıqdan sonra ona cəza kəsiləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm