Hadisə
DİN "Kapital Bank"ın filialına basqının təfərrüatını açıqladı - RƏSMİ
Daxili İşlər Nazirliyi "Kapital Bank" ASC-nin Abşeron
filialında baş verən insidentə aydınlıq gətirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini
polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, "Kapital Bank"
ASC-nin Abşeron filialının sürücü inkassatoru Hikmət Əliyev
əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin
sonunda bankın içərisində gizlənib.
Bankın xidmətdə olan mülki mühafizəçisi Hamlet Şıxəliyevin
sayıqlığı nəticəsində gecə saatlarında içəridən gələn səsdən duyuq
düşüb. İçəridə sürücü inkassatoru aşkar edib. Sürücü inkassatoru
Hikmət Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə
hücum çəkib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin
əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini
yaralayıb.
Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator
hadisə yerindən qaçmağa müvəffəq olub.
Buna baxmayaraq dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO