ABŞ-da təcili yardım helikopteri qəzaya uğradı - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-da təcili yardım helikopteri qəzaya uğradı - FOTOLAR

ABŞ-ın Kolorado ştatında təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Frisko şəhərində baş verən qəzada pilot həlak olub, feldşer və tibb bacısı müxtəlif dərəcəli xəsarətlər alıb.

Verilən məlumata görə, “AS350” vertolyotu yerli vaxtla 14:40-da tibb mərkəzinin meydançasından havaya qalxıb.

Şahidlərin sözlərinə əsasən, vertolyot 30 metr hündürlüyə qalxdıqdan sonra yerə düşüb. Nəticədə, vertolyot maşınların üstünə düşərək alışıb yanmağa başlayıb.

Hadisə yerinə gələn yanğınsöndürmə xidməti yanğını vaxtında söndürə bilib. Xəsarət alan tibb heyəti dərhal xəstəxanaya aparılıb. Vertolyot qəzaya uğrayarkən içərisində heç bir pasiyent olmayıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm