İranlı generaldan İŞİD-ə sərt xəbərdarlıq: “Dərhal müharibəyə başlayarıq”
Bizi izləyin

Dünya

İranlı generaldan İŞİD-ə sərt xəbərdarlıq: “Dərhal müharibəyə başlayarıq”

İranın ali dini lideri Ayətullah Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rahim Safəvi Elborz əyalətində qatıldığı bir toplantıda İŞİD-ə sərt xəbərdarlıq edib.

Publika.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, iranlı general çıxışında bəyan edib ki, rəsmi Tehran İraqdakı müqəddəs abidələrin dağıdılmasına görə İŞİD-ə sərt xəbərdarlıq mesajı göndərib:

“Hazırda İraqda şiələr üçün müqəddəs hesab olunan Kərbəla, Nəcəf, Samirə, Əl-Kazımiyyə türbələri mövcuddur. Əgər bundan sonra İŞİD üzvləri İraqda müqəddəs türbələrə yaxınlaşarsa, o zaman biz dərhal müharibəyə başlayarıq. İŞİD İran qoşunları qarşısında dayana bilməyəcəyini yaxşı bilir. Bəzi adamlar bizə sual verir ki, İran nə üçün Suriya və İraqı dəstəkləyir? Bu suala belə cavab verərdim ki, əgər İran İŞİD caniləri ilə sərhədlərimizdən kənarda döyüşməzsə, o zaman bu terrorçularla sərhədlərimiz daxilində savaşmağa məcbur qalacağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm