Mərkəzi stadionda problem yaranıb?
Bizi izləyin

İdman

Mərkəzi stadionda problem yaranıb?

“Qarabağ” klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Çernoqoriya "Rudar" komandasına qarşı ev oyununu Tofiq Bəhramov adına Respublika stadionununda keçirəcək. Görüş iyulun 15-də saat 21:30-da baş tutacaq.

Diqqətinizə çatdıraq ki, stadion Avropa Oyunları zamanı kamandan oxatma yarışları üçün hazırlanmışdı. Bu səbəbdən stadionda müəyyən işlər aparılmışdı.

Görəsən, indi stadion “Qarabağ” yarışı üçün hazırdırmı və ya nə vaxt tam hazır olacaq? Bu suala cavab tapmaq üçün stadionun direktoru Akif İsmayılovla əlaqə saxladıq.

Stadionun direktoru Publika.az-a açıqlamasında stadionun oyun üçün hazırlıqlarının getdiyini deyib:

“Düzdür, Avropa Oyunlarından sonra stadionun ot örtüyündə bəzi problemlər yarandı. Əsas da, qapının birinin yaxınlığında. Ancaq biz həmin problemləri aradan qaldırmağa çalışırıq. Biz də çalışırıq ki, “Qarabağ”ın oyununa qədər hər şey tam hazır olsun, bunun üçün əlimizdən gələni edirik”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm