O, "Qalatasaray"la anlaşdı
Bizi izləyin

İdman

O, "Qalatasaray"la anlaşdı

"Arsenal"ın və Almaniya millisinin hücumçusu Lukas Podolski karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Türkiyəli həmkarlarımızın yazdığına görə, Polşa əsilli futbolçu "aslanlar"la hərtərəfli razılığa gəlib. 29 yaşlı futbolçu artıq bu gün İstanbula gələrək, "Qalatasaray"la müqavilə imzalayacaq.

Podolski 2012-ci ildən "Arsenal"ın şərəfini qoruyur. O, son mövsümün ikinci yarısını icarə əsasında Milan "İnter"ində keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm