Bilgi.az
Müttəhim hakimlə sinif yoldaşı çıxdı - VİDEO/FOTOLAR
ABŞ-da məhkəmədə maraqlı hadisə yaşanıb. Belə ki, müttəhim hakimin sinif yoldaşı çıxıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, köhnə sinif yoldaşlarının təsadüfən qarşılaşması Mayami şəhərində baş verib. Hakim Mindi Qleyzer qarətçilik və oğurluqda ittiham olunan sinif yoldaşını tanıyıb.
Hakim Artur Buta eyni məktəbdə oxuduğunu dedikdən sonra müttəhim emosiyalarını saxlaya bilməyib. Artur sinif yoldaşının hakim, özünün isə cinayətdə ittiham olunmasından utanıb və göz yaşlarını saxlaya bilməyib.
Artur əlləri ilə başını tutub ağlayarkən, hakim onun məktəb illərində çox yaxşı uşaq olduğunu qeyd edib. Hakim deyib: "O, məktəbdə ən yaxşı uşaq idi. Mən onunla futbol oynayardım. İndi isə görün nə baş verib".
Arturun qohumunun sözlərinə görə, o, alim və atlet olmaq istəyirdi. Lakin istifadə etdiyi narkotik maddələr onu cinayətə sürükləyib. Hakim Artura uğurlar arzulayıb və həyatını dəyişməyi diləyib.
Bundan sonra məhkəmə Arturu 44 min dollara zaminə buraxıb.
Nura
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB