Ərinin köynəyini ütüləməyən qadın həbs edildi
Bizi izləyin

Dünya

Ərinin köynəyini ütüləməyən qadın həbs edildi

Meksikada gəzintiyə hazırlaşan ərinin köynəyini ütüləməyən qadın həbsxanaya düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı Dulse Qarsiyanın əri Edqar Alvarado arvadından polis bölməsinə şikayət edib. Nəticədə, qadını polis bölməsinə aparıblar. Qadın ev işlərinə etinasızlıqda ittiham olunaraq 465 peso (31 dollar) cərimələnib. Lakin qadının pulu olmadığı üçün cəriməni ödəyə bilməyib. Ona görə də, Dulse Qarsiya 12 saat həbsxana kamerasında saxlanılıb.

Qadın köynəyi ütüləməməsinə maraqlı səbəb göstərib: o, ərinin dostları ilə yox, sevgilisi ilə görüşə getməsindən şübhələnib.

Polisin qadını həbs etməsi internet şəbəkələrdə müzakirəyə çıxarılıb. Çoxları polisin hərəkətini yaxşı qarşılamayıb. Qarsiya ailəsinin barışıb-barışmaması haqqında məlumat verilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm