Ukrayna ordusu separatçılarla qeyri-leqal ticarət aparır - İDDİA
Bizi izləyin

Dünya

Ukrayna ordusu separatçılarla qeyri-leqal ticarət aparır - İDDİA

Ukrayna anti-terror güclərinin döyüşçüləri təmas xəttində separatçılarla qeyri-leqal ticarət aparırlar.

Publika.az xəbər verir ki, bu barədə Vladimir Martin ZN.UA üçün yazdığı məqaləsində iddia edib.

O, nümunə kimi Luqansk kəndinin yaxınlığındakı ticarət sxemini göstərib. Vladimir Martinin sözlərinə görə, burada hər gün atışma olsa da, “Çernikov” milis batalyonunun əməkdaşları sakitlik dövründə separatçılarla qeyri-leqal ticarətin aparılması barədə razılaşıblar.

Məqalə müəllifi iddia edir ki, bir gecə ərzində Luqansk kəndindən separatçıların nəzarət etdiyi əraziyə onlarla ton mal keçirilir. Bu mallar daha sonra Luqansk vilayətində bir neçə dəfə baha satılır. Martinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Luqansk kəndində yerləşən bölmələrin komandanlığı öz “payını” aldığı üçün susur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm