Şok ittiham: “Avropanın hərəkətləri terrorizmi xatırladır”
Bizi izləyin

Dünya

Şok ittiham: “Avropanın hərəkətləri terrorizmi xatırladır”

“Avropanın Afina ilə bağlı hərəkətləri terrorizmi xatırladır”.

Publika.az xəbər ki, bu sözləri “El Mundo” qəzetinə Yunanıstanın maliyyə naziri Yanis Varufakis söyləyib.

"Onlar niyə bizi bankları bağlamağa məcbur edirlər? İnsanları qorxutmaq üçün. Bunun adı isə terrorizmdir", - Maliyyə Nazirliyinin başçısı bildirib.

O, həmçinin qeyd edib ki, Avropa Birliyi və Yunanıstan 5 iyulda keçiriləcək referendumun nəticələrindən asılı olmayaraq razılaşmalıdır: “Əgər Yunanıstan dağılacaqsa, o halda trilyon avro itiriləcək. Bu olduqca böyük məbləğdir və düşünmürəm ki, Avropa bununla razılaşsın”.

Qeyd edək ki, beynəlxalq kreditorlar (Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası və Avropa Mərkəzi Bankı) 30 iyunda Yunanıstaana yardım proqramını dayandırıb. Nəticədə Yunanıstanda bankların işi dayandırılıb və məhdudiyyətlər daxil edilib.

İyulun 5-də isə Afina beynəlxalq kreditorların şərtlərini referenduma çıxaracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm