“Heç nəyə görə təəssüflənmirəm”
Bizi izləyin

Magazin1

“Heç nəyə görə təəssüflənmirəm”

16 il aparıcılıq edən, 2 ildir çalışdığı işdən bezib Türkiyəyə yaşamağa üz tutan ANS telekanalının keçmiş aparıcısı Gülnarə Məmmədova Azərbaycan teleməkanında baş verənlərdən narahatdır. Bu haqda aparıcı publika.az-a eksklüziv açıqlamasında deyib.

“Azərbaycan kanallarını izləmirəm. Amma sosial şəbəkələrdə paylaşılan xəbərləri, əlbəttə, görürəm. Bu da məni narahat edir. Hər şey əvvəlki kimi deyil. Məncə, aparıcıları ələsələr çox yaxşı olar. Kanal rəhbərləri belə şeylərə diqqət etməlidir”.

Söhbət zamanı aparıcı keçmiş həmkarları ilə əlaqəlarinin qırılmadığını da bildirib:

“Keçmiş həmkarlarımla münasibətlərimiz indiyədək qalıb. Yaxşı ki, internet var. Hər kəsdən xəbər tuturuq. Mütamədi olaraq danışır-yazışırıq”.

Ancaq sənət adamları ilə münasibətlər o efiri tərk edən gündən qırılıb:

“Tamaşaçılar hələ unutmayıblar. Halbuki artıq 2 ildir efirdə yoxam. Ancaq sənət adamları haqqında eyni fikirləri söyləmək mümkün deyil. 8 il “Kamerton” verilişini aparmışam. Tamaşaçıya ilk dəfə məhz mənim təqdim etdiyim, efirimdən sonra tanınan insanlar var ki, artıq fəxri adlar da alıblar. Səhər mənə “günaydın”, günorta “günortan xeyir”, axşam “axşamın xeyir”, - deyən həmin sənətçilər efirdən uzaqlaşandan sonra salamı tamam kəsdilər. Onlardan bir dəfə də axtaran olmadı. Ancaq onu da deyim ki, bu, məni heç təəccübləndirmədi. Son illər, ümumiyyətlə, heç nəyə təəccüb etmirəm, heç nəyə görə təəssüflənmirəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm