Ronaldonun sözünü kəsdilər – QƏZƏBLƏNDİ
Bizi izləyin

İdman

Ronaldonun sözünü kəsdilər – QƏZƏBLƏNDİ

Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo bugünlərdə keçirdiyi mətbuat konfransında əsəblərini cilovlaya bilməyib.

Publika.az xəbər verir ki, buna mətbuat xidmətinin rəhbərinin Ronaldonun sözünü kəsməsi səbəb olub.

Jurnalistlər Ronaldodan komanda yoldaşı Serxio Ramosun “Real”dakı gələcəyi və “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın “Los-Anceles Qeleksi”dəki perspektivi haqda soruşub. Bu məqamda press-attaşe futbolçunun sözünü kəsib. Ronaldo isə bundan hiddətlənib: “Siz bu insanlara qarşı dost münasibətimə xələl gətirmək istəyirsiz? Məni pis vəziyyətdə qoyursuz”.

Futbolçu bu durumdan narazı qalsa da, mətbuat xidmətinin rəhbərinin qərarını yerinə yetirərək, jurnalistlərlə ünsiyyəti sona çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm