“Azisin və Ledi Qaqa”nın Bakı konserti baş tutdu - FOTOLAR
Bizi izləyin

Magazin1

“Azisin və Ledi Qaqa”nın Bakı konserti baş tutdu - FOTOLAR

Bakıda çoxdan gözlənilən “Azis və Ledi Qaqa”nın konserti baş tutub. Konsert paytaxın əyləncə məkanlarından birində həyata keçirilib.

Əvvəlcədən xəbər verildiyi kimi parodiya şousunda Azisi Ruslan M., dünya şöhrətli Ledi Qaqanı isə Azərbaycanın ilk travesti aktyoru kimi tanınan Ledi Slim parodiya edib.

Cütlük şounu izləməyə gələnlər üçün sürpriz də hazırlayıblar. Belə ki, şənliyin açılışını “Azis” etdikdən sonra, “Ledi Qaqa” deyil, səhnəyə pop kraliça “Madonna” çıxıb. Ledi Slim Madonnanın repertuarından “Express yourself”, “Like a virgin” və “Vouge” kimi ölməz əsərləri ifa edib.

Gecənin kuliminasiya nöqtəsi ilə “Ledi Qaqa”nın səhnəyə çıxması olub. Ekstravaqant dünya ulduzunun geyimlərini də təkrarlayan parodiyaçılar gecəyə gələnləri əyləndirməyi bacarlblar.

Publika.az parodiya şoudan olan fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm