"Üzeyir Azərbaycanda qalsaydı, müğənni olacaqdı" - VİDEO
Bizi izləyin

Magazin1

"Üzeyir Azərbaycanda qalsaydı, müğənni olacaqdı" - VİDEO

Amerikanı heyran qoyan Üzeyirin anası "Region TV"yə müsahibə verib.

“America's Got Talent” yarışmasına qatılan azərbaycanlı Üzeyir Novruzov öz bacarığı ilə Amerikanı ayağa qaldırdı. İstedadı, qeyri-adiliyi ilə hamını təəccübləndirdi. Üzeyirin bu uğurunun səs-sədası ölkəmizə də gəlib çatdı. Region TV Üzeyir Novruzovun anası Zərifə xanımdan müsahibə alıb.

Zərifə xanım bunları söyləyib: "Əlbəttə, çox sevindim. Necə ki bütün Azərbaycan xalqı sevindi. Qohumlarımızı da sevindirdi. Allahın köməkliyi ilə oldu bu. Digər övladlarım da bu sənətlə məşğuldur. İncəsənətə maraq ona atasından keçib. Uşaqlıqdan musiqi məktəbinə gedirdi, balalaykada ifa edirdi. Üzeyir Azərbaycanda qalsaydı, müğənni olacaqdı, yaxşı səsi var idi. Sonradan sirkə maraq göstərməyə başladı. Özü nömrələr hazırlayırdı.Yeşiklər-filan düzəldib səhnəciklər yaradırdı. Birdən-birə nərdivanı götürdü, başladı nömrələr göstərməyə. Orta məktəbi bitirdikdən sonra getdi Moskvaya. 1999-cu ildə ali məktəbi bitirdi, sirkdə işləməyə başladı".

Zərifə xanım Üzeyirin şəxsi həyatı haqda da danışıb: "Həyat yoldaşı Amerika vətəndaşıdır, 2 övladları var, Las-Veqasda yaşayırlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm