Xalq artisti: “Başım hərləndi, yıxıldım”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Başım hərləndi, yıxıldım”

Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov ekspert qismində iştirak etdiyi verilişlərdən gileylənib.

Publika.az-a açıqlama verən rejissor çox vaxt belə verilişlərə qatılmaqdan imtina etdiyini deyib:

“Bəzən verilişlərə gedirəm, əsəbiləşirəm. O verilişlərə gəlib dərdini danışan insanlar çox vaxt bu qəmli hekayə pərdəsi altında populyarlıq, tanınmaq istəyirlər. Mən rejissoram, belə şeyləri asanlıqla duyuram. Bəzən də həmin verilişlərdən aldığım təəssüratlar səhhətimə mənfi təsir edir. Bir dəfə verilişlərin birindən çıxarkən başım hərləndi, yıxıldım, qabırğalarım sındı. Bir müddət xəstəxanada yatmalı oldum. Buna görə də hər verilişə getmirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm