Gürcüstanda münaqişə: keçmiş polis rəisi soydaşımızı avtomatla vurdu
Bizi izləyin

Hadisə

Gürcüstanda münaqişə: keçmiş polis rəisi soydaşımızı avtomatla vurdu

Gürcüstanın Qaraçöp mahalında (Yormuğanlı kəndi) gürcülər milli zəmində münaqişə törədiblər.

Publika.az-ın verdiyi məlumata görə, erməni qarışığı olan, keçmiş polis rəisi Soso adlı şəxs Qaraçöp mahalının Tüllər kənd sakini olan Babək Şərifov adlı gənci vurub. Hadisə əvvəllər kəndə məxsus olan, Sakaşvili hakimiyyəti dövründə iranlı iş adamlarına satılmış torpaq sahəsində yaradılmış fermer təsərrüfatında baş verib.

Belə ki, təsərrüfatda mühafizə rəisi işləyən Soso həmin şirkətdə tərcüməçi olan Babək Şərifovdan onu kəndə aparmağı tələb edib. Əlində işi olduğunu deyən Babək ondan bir qədər gözləməsini, işi yekunlaşandan sonra aparacağını söyləyib. Bundan qəzəblənən Soso avtomatın qudağı ilə Babəkin başına zərbə endirib. Bunu eşidən yüzlərlə kənd sakini təsərrüfata gedib. Soso xalqdan üzr istəmək əvəzinə onları təhqir edib.

“Torpaqlarınızı əlinizdən alıb satdıq, indi sıra evlərinizə və canınıza gəldi”, - deyə xalqı hədələyib. Digər bir gürcüyə traktorla xalqı əzməsini əmr edib. Sosonun əmrini yerinə yetirən gürcü traktoru işə salaraq camaatın üstünə sürüb. Bundan qəzəblənən yerli sakinlər traktoru daşa basaraq şüşələrini sındırıblar. Xalqın qəzəbindən qorxan Soso başının dəstəsi ilə hadisə yerindən qaçıb.

Qeyd edək ki, Qaraçöp mahalı Gürcüstanın Kaxetiya bölgəsində azərbaycanlıların yaşadığı yeganə kəndir. Bir neçə il əvvəl kəndin örüş sahəsi və əkinə yararlı torpaqları xalqdan xəbərsiz hərraca çıxarılaraq xarici şirkətlərə satılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm