Magazin1
Elza ad günündə sevgilisindən danışdı: “O, kişilərin kişisidir”
Əməkdar artist, ekstravaqant sənətçi Elza Seyidcahan ad gününü qeyd edir.
Təəssüratlarını Publika.az-la bölüşən Seyidcahan ilk təbriki qızından, ilk hədiyyəni isə qızının nişanlısından aldığını deyir:
“Ad günümdə özümü çox xoşbəxt sayıram. Allah bu yaşı da mənə nəsib etdi, yaşımın üstünə bir yaş da gəldi. İlk təbriki qızım etdi. Gecəyarısı məni qucaqlayıb öpdü, nişanlısı da mənə çox xoşladığım bir çanta hədiyyə etdi. Sözün düzü, ona qıymırdım, amma bilirdi ki, mağazada gördüyüm o çantanı çox xoşlayıram, mənə sürpriz etdi. Oğlumla gəlinim də mesaj yazıb təbrik etdilər, bu gün də hədiyyəmi verəcəklər”.
Maraqlıdır, Elza qocalmaqdan qorxmur ki?
Özünü hələ cavan sayan Seyidcahan hələ qocalmağa çox vaxt qaldığını deyib:
“Mən yaşlanan və yaşlandıqca da cavanlaşan qadınlardanam. Qoy o qadınlar yaşdan qorxsunlar ki, yaşlanmamış qocalırlar. Məndə əksinədir. Hər qadına nəsib olmur yaşlansın, amma təravətli və gözəl qalsın. Mən belələrindənəm”.
Amma qadının gözəlləşdirən həm də əks cinsin sevgisidir. Elza bu sevgini yaşayırmı? Aldığımız cavab belə olub:
“Sənətim mənim sevgilimdir. Özü də o sevgilim dünyanın ən yaxşı kişisidir. Məni döymür, söymür, incitmir, lazım olanda cibimə pul da qoyur, məni yaşadır. Onu da biləsiniz ki, sevgilim əclaf və xain kişilərdən deyil, heç vaxt mənə xəyanət etməyib. Mənə yalvara-yalvara başıma dolanır. O, kişilərin kişisidir”.
Cəvahir
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO