“İnşallah” ilə Murad yaya damğasını vurdu – FOTOLAR
Bizi izləyin

Magazin1

“İnşallah” ilə Murad yaya damğasını vurdu – FOTOLAR

Şoumen, bəstəkar, müğənni, prodüser, teleaparıcı Murad Arif “İnşallah” adlı mahnısına çəkilən klipinə təmtəraqlı təqdimat mərasimi keçirib. “Hər barmağında bir mərifət” olan istedadlı ifaçı media və məşhur şou nümayəndələrinin iştirakı ilə təşkil etdiyi tədbirdə klipinin çəkilişindən söhbət açıb:

“Klipimin çəkiliş prosesi inanılmaz dinamik və pozitiv abu-havada keçirilib. Bütün yaradıcı heyətə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, yeni işim hər birinizin xoşuna gələcək. Klipdə bəyənmədiyiniz bir məqam olsa, onu da mütləq bildirin. Gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm”.

Sonra klip iştirakçıların mühakiməsinə verilib. Tədbirdə vurğulanıb ki, son illər ərzində yerli şou biznesdə belə dinamik və rəngarəng klip çəkilməyib.

Qeyd edək ki, mahnı hazır olandan sonra radiolarda rotasiyaya buraxlıb və yallı hissəsi birmənalı qarşılanmayıb. Tənqidi nəzərə alan Murad yallı hissəsini klipdən çıxardıb.

Xatırladaq ki, “İnşallah” mahnısının söz və musiqisi Murad Arifin özünə məxsusdur. Ekran işinin müəllifi isə gənc rejissor Cəlal Kəngərlidir.

Tədbirin aparıcısı Nəsib Nur bildirib ki, klipin təqdimatı rejissor Cəlal Kəngərlinin doğum gününə təsadüf edib. Odur ki, yaradıcı heyət üçün bayram bayrama qarışıb. Klipin tortunu da elə rejissor Cəlal Kəngərli kəsib.

İsa Şükürov

Fotoqraf: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm