Fransız moda evi ənənəvi üslubunu dəyişdi - FOTOLAR
Bizi izləyin

Dəb

Fransız moda evi ənənəvi üslubunu dəyişdi - FOTOLAR

Paris Moda həftəsi çərçivəsində dünən Rodon muzeyində “Christian Dior” moda evinin yeni kolleksiyası nümayiş olunub.

“Dior”-un yeni kolleksiyası bu dəfə də hər kəsi heyran qoyub. Moda həvəskarları və tənqidçilər yeniliyi qeyd-şərtsiz gözəl, həmçinin gözlənilməz olaraq dəyərləndiriblər. Maraqlıdır, həmin yeniliyin əsasında nə dayanır?

Belə məlum olub ki, bu, bir rəsm əsəridir. Belə ki, məşhur Niderland rəssamı İeronima Bosxanın “Dünyəvi zövqlər bağı” triptix əsəri “Christian Dior”-un dizayneri Raf Simons üçün ilham mənbəyi olub. Sən demə, bu kompozisiya dizayneri çoxdan cəlb edirmiş və o, uzun müddət bu süjetdən necə istifadə etmək haqqında düşünüb. Əlbəttə ki, R.Somonsun kompozisiyanı olduğu kimi printlərə çevirəcəyini gözləməyə dəyməzdi. Elə də olub. O, ilham aldığı kompozisiya əsasında öz yaradıcılığında yenilik etsə də, yaratdığı yeni kolleksiyanın detallarında triptixdən heç bir əlamət qoymayıb.

Məlumat üçün qeyd edək ki, modapərəstlər Raf Simonsun incə modellərini həmişə yüksək qiymətləndirirlər. Hollivud ulduzları da qırmızı xalı mərasimləri üçün fransız moda evinə müraciət edirlər

Publika.az yeni kolleksiyanı təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm