Rusiyada azərbaycanlı azərbaycanlını güllələdi
Bizi izləyin

Hadisə

Rusiyada azərbaycanlı azərbaycanlını güllələdi

Rusiyanın Saxalin vilayətinin Cənubi Saxalin şəhərində azərbaycanlılar arasında silahlı qarşıdurma olub.

Publika.az “astv.ru” saytına istinadən xəbər verir ki, şəhər polisinə 6 iyulda axşam saatlarında Lenin küçəsində yerləşən “VTB” bankının yaxınlığında atışmanın baş verdiyi barədə informasiya daxil olub.

Məlumata görə, adı açıqlanmayan 30 yaşlı azərbaycanlı əvvəlcə 27 yaşlı həmyerlisininin avtomobilinə atəş açıb və onun bankdan çıxmasını gözləyib. Zərərçəkən bankdan çıxandan sonra isə ona da atəş açıb və dərhal hadisə yerindən qaçıb. Ayağından yaralanan 27 yaşlı gənc şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Cənubi Saxalin şəhəri üzrə istintaq bölməsi cinayət işi açıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm