Bakı 2015
I Avropa Oyunlarında medal qazanmış karateçilərlə görüş keçirilib
Bu gün Gənclər və İdman Nazirliyinin binasında “Bakı -2015” I Avropa Oyunlarında medal qazanmış karateçilərlə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə nazirliyin rəsmi nümayəndəsi Mirkamil Rəhimov, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, baş məşqçi Rəhman Hətəmov və medal qazanmış idmançılar iştirak edib.
Tədbiri giriş sözüylə açan Y. Bəşirov Azərbaycanın idman ölkəsi kimi bütün dünyada tanındığını bildirib. Onun sözlərinə görə, Açılış və Bağlanış mərasimləriylə yanaşı, idmançıların çıxışı da yüksək səviyyədə olub: "Bildiyimiz kimi, əvvəlcə karateçilər yarışa qatıldı. İlk medal İlahə Qasımovanın adına yazıldı. Rafael Ağayev də öz sözünü dedi və dünyada bir nömrə olaraq qaldı. 21 dəfə Bakıda himnimiz səsləndi və bundan gözəl hədiyyə ola bilməz".
Federasiya prezidenti idmançıların belə yüksək səviyyədə çıxış edəcəyini gözləmədiklərini deyib. O qarşıdan gələn yarışlar haqda da məlumat verib: "Payız ayında İndoneziyada gənclər və yeniyetmələrin dünya çempionatı var və biz ora qatılacağıq. Ola bilsin ki, həmin gənclərdən İslam Oyunlarında da çıxış edəni olsun. Həmişə çətin anda nazir Azad Rəhimova müraciət etmişik və o da bizə kömək edib. Gələn aydan hazırlıqlar başlayacaq".
Y.Bəşirov digər federasiyaların onların adından çıxış etməsinə də münasibət bildirib: “Xahiş edirəm heç kim bizim nəticələri başqa federasiyaların adına yazmasın. Rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan bizik. Hər il nəticələrimiz artır və gələcəkdə də buna davam edəcəyik".
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan karateçiləri 4 qızıl və 2 bürünc medal qazanıblar.
Pərviz Hikmət
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var