Roza Zərgərlinin oxşarı üzə çıxdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Roza Zərgərlinin oxşarı üzə çıxdı - FOTOLAR

Bu gün “Əsl şou” verilişi tamaşaçılarla yanaşı, verilişdə qonaq olan müğənni Roza Zərgərlini də təəccübləndirib. Publika.az xəbər verir ki, verilişin aparıcıları əvvəldən sona kimi Roza Zərgərlini intizarda saxlayıb. Belə ki, Roza Zərgərlinin bacısının olmadığını bildirməsinə baxmayaraq, aparıcı studiyaya müğənninin bacısının gələcəyini elan edib:

“Atam Moskvada yaşayır. Amma bacım yoxdur. Mən əminəm”.

Sonda isə studiyaya Roza Zərgərliyə bənzərliyi ilə seçilən Aynur adlı bir xanım gəlib. O, bildirib ki, hər yerdə onu Roza xanıma oxşadırlar.

“Qonaqlığa, məclisə, toya gedəndə hər kəs elə bilir mən Roza Zərgərliyəm. Roza xanıma oxşamaq isə ürəyimcədir”.

Qeyd edək ki, “Əsl şou” verilişinin aparıcıları Tahirə Məmmədqızı və Tural Ozandır. Veriliş həftə içi 5 gün saat 11:00-da “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm