Bilgi.az
Hərbidə baş verən dəhşətli təcrübələr
Hər bir dövlətin təhlükəsizliyinin əsas kriteriyası döyüş ruhu, müdafiə qabiliyyəti və ordunun döyüşə hazırlığıdır. Ona görə də, müxtəlif ölkələrdə əsgərlərin təcrübəsi üçün fərqli metodlardan istifadə olunur.
Publika.az müxtəlif ölkələrin ordusunda aparılan ənənəvi sınaqları təqdim edir.
Qumbara ilə "kartof" oyunu
Çin milli ordusunun əsgərləri hərbi məşqlər zamanı bir-birinə kartof atmaq əvəzinə qumbara tullamalıdır. Bununla da, onların hərbi hazırlığı yoxlanılır.
Sinəyə atəş açmaq
Rusiya ordusunun təlim kurslarında əsgərlər bir-birinin sinəsinə atəş açır. Əlbəttə, bu sınağı həyata keçirən zaman zirehli jiletdən istifadə olunur. Bu təlimi həyata keçirməklə əsgərdə gülləyə qarşı qorxunu aradan qaldırmağa çalışırlar. Zirehli jiletin olmasına baxmayaraq, bəzən əsgərlər xəsarət də alır. Güllənin dəyib dəyməməsinin fərqinə varmadan əsgər belə bir halda da soyuqqanlılığını qoruyub saxlamalıdır.
Sualtı təlim
ABŞ-ın "Dəniz pişikləri" donanması hər bir halda su altında sağ qalmağı öyrənməlidir. Belə ki, əsgərlərin qolları və ayaqları kəndirlə bağlanır və hovuza salınır. Əsgər hovuzun dibinə dəymədən müxtəlif yollarla üzərək sahilə çıxmalıdır. Təlimin ən pis cəhəti isə ondan ibarətdir ki, məşqçilər özlərini düşmən kimi təqlid edərək sahilə çıxan əsgəri boğmağa çalışır.
Qida qismində kobra qanı
Amerikanın dəniz piyadaları qızışmaq üçün kobranın qanını içir. Onlara hətta, dişləri ilə toyuğun başını üzməyi də öyrədilir.
Daşların üzərində sürünmək
Tailandın dəniz piyadaları "Cənnətə aparan yol" 10 həftəlik intensiv hərbi təlim proqramı keçir. Əsgərlər bu müddət ərzində çılpaq bədənləri ilə sürünərək 50 metrlik daşlı, qayalı yolu keçməyi öyrənməlidir.
Nura
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO