Bakı 2015
“Le Huffington Post”: “Azərbaycan dünya idman xəritəsində yerini tutur”
Fransanın “Le Huffington Post” nəşri Azərbaycanın idman siyasətindən yazıb.
Publika.az xəbər verir ki, məqalədə çətin
geosiyasi coğrafiyada yerləşmən Azərbaycanın Avropa idmanına töhfə
verdiyi bildirilir: “İdman bu və ya digər formada siyasətlə
bağlıdır. Adətən, dünyada müsbət imicin formalaşması və ölkənin
təbliği üçün idman ən yaxşı vasitələrdən biri hesab olunur.
Azərbaycan da bu vasitələrdən istifadə edir. Napoleonun bir ifadəsi
var: “Dövlətlərin siyasəti onların yerləşdiyi coğrafiyanın girovuna
çevrilir”. Azərbaycanın yerləşdiyi geosiyasi coğrafiya, həqiqətən
də, bu ölkənin siyasi kursunu izah edir. Bu gənc ölkə 1991-ci ildə
müstəqilliyini yenidən bərpa edib.
Əhalisinin sayı 10 milyona yaxındır. Bu ölkə olduqca narahat coğrafiyada yerləşir. Onu Cənubdan İran, Şimaldan Rusiya əhatələyib. Şərqdə zəngin neft ehtiyatlarına malik Xəzər dənizi var. Qərbdə isə Dağlıq Qarabağ münaqişəsinin yaşandığı Ermənistanla sərhəddir. Türkiyəni dəstəkləyən Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq siyasətini genişləndirir. Bu ölkənin iqtisadi inkişafı və imkanları genişdir. Hətta neft qiymətlərinin düşməsi belə bu neft ölkəsinin iqtisadiyyatına çox az təsir edib”.
Məqalədə Azərbaycanın I Avropa Oyunlarının yüksək səviyyədə
keçirdiyi vurğulanır. Qeyd olunur ki, Avropa tarixində ilk oyunları
keçirməklə Azərbaycan Avropanın bir hissəsi olduğunu sübut
etdi.
“Bu həm də ölkənin dünyada təbliği üçün vacib idi. Avropa
Oyunlarının mükəmməl təşkili ilə Azərbaycan özünü məhdudlaşdırmır.
Azərbaycan özünü futbolda da sınamaq fikrindədir. Buna qədər
İspaniyanın “Atletico Madrid” futbol klubun formasında Azərbaycanın
adının yazılması ölkənin təbliği üçün əla vasitələrdən idi. Misal
üçün, bu klub 2014-cü ildə İspaniya Liqasının finalında oynayanda
bunu 200 ölkədə göstərdilər. Bu həm də Azərbaycan adının bu qədər
geniş çevrədə tanınması idi. Artıq Avro-2020-nin bir neçə oyunun
Bakıda keçirilməsi haqda da qərar verilib. Göründüyü kimi,
Azərbaycan dünya idman xəritəsində öz yerini tutur”, - deyə
məqalədə bildirilir.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...