Qırmızı.az
MTRŞ-dan “Space”ə xəbərdarlıq: “Ədəbsiz ifadələrdən istifadə edilib, qanunun tələbləri pozulub”
Milli Televiziya və radio Şurası “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bununla bağlı qərar şuranın bugünkü iclasında qəbul edilib.
İclasda “Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. İclasda “Space Müstəqil Tele-radio Şirkəti” rəhbərinin proqram siyasətində dəyişikliklər etməsi, qanun pozuntusuna yol vermiş işçilər barəsində ciddi tədbirlər görməsi müsbət hal kimi qeyd edilib, Space televiziyasında 2015-ci il sentyabr ayından başlayaraq şou xarakterli verilişlərin həcminin azaldılacağı, maarifçilik, mədəni, intellektual xarakterli verilişlərə üstünlük veriləcəyi barədə kanal rəhbərinin vədi nəzərə alınıb.
Eyni zamanda “Space” televiziyasında 30 iyun 2015-ci il tarixdə saat 14.30-da efirə gedən “Günaydın” verilişində proqrama verilmiş tələblərə əməl edilməməsi, 03 iyul 2015-ci il tarixdə saat 11.00-da efirə gedən “Əsl şou” verilişində ədəbsiz ifadələrdən istifadə edilməsi, eyni zamanda 11 may, 12 may, 13 may, 14 may, 15 may, 03 iyun, 08 iyun, 17 iyun, 22 iyun, 24 iyun, 30 iyun, 03 iyul, 05 iyul, 06 iyul 2015-ci il tarixlərdə reklamın yayımı ilə bağlı qanunverciliyin tələblərinin (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32, 35.4, 35.5, 35.7-ci maddələri) pozulmasına görə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO