Əri tərəfindən döyülən və hədələnən aparıcı məhkəməyə müraciət etdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Əri tərəfindən döyülən və hədələnən aparıcı məhkəməyə müraciət etdi – FOTOLAR

Ötən ilin iyununda evlənən və iki ay əvvəl körpəsi Eymeni qucağına alan məşhur teleaparıcı Ece Erkən ilə Sərxan Uçarın evliliyi üzərində qara buludlar dolaşır. Həyat yoldaşına boşanma davası açan Ece Erkən bu günlərdə İstanbul Ailə Məhkəməsinə müraciət edərək qoruma tələb edib.

Publika. az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özündən 11 yaş kiçik həyat yoldaşı Sərxan Uçara boşanma davası açan Ece Erkenin iddia ərizədə diqqətçəkici iddialar yer alıb. Tanınmış aparıcı həyat yoldaşının onu ölümlə təhdid etdiyini söyləyib.

İddiaya görə, Serkan Uçar həyat yoldaşını tez-tez alçaldıb, təhdid edib və ona qarşı zor tətbiq edib. Həyat yoldaşının ailəsini də alçaldan Ucar, hər dəfə hərəkətindən sonra üzr istəyib, ancaq bu cür əməllərinə son verməyib. Hamiləliyi ərzində həyat yoldaşının göstərdiyi şiddət səbəbindən dəfələrlə xəstəxanaya müraciət etmək məcburiyyətində qaldığını söyləyən Erkən, ərinin bu davranışları səbəbiylə uşağını itirmə təhlükəsi ilə üzləşdiyini iddia edib.

Tanınmış aparıcı iddia ərizəsində əriylə dava-dalaş etdiyi bəzi vaxtlarda 155 Polis Kömək xəttinə zəng etdiyini, həyatına və sağlamlığına qarşı təhlükə olduğunu qeyd edib. Bütün bunlardan sonra uşağını dünyaya gətirən aparıcı ərinin düzələcəyinə, zorakılıq meylindən imtina edəcəyinə inandığı üçün gözlədiyi bildirilir.

Türkiyənin 6284 saylı qanununa əsasən, oğlu ilə birlikdə qoruma istəyən Ece Erkən, ərinin ona yanaşmaması üçün lazım olan bütün tədbirlərin görülməsini tələb edib. Məhkəmə Sərxan Uçarın 3 ay müddətinə xanımına yaxınlaşmasına, ona qarşı zorakılıq, təhqir və alçaltma ehtiva edən söz və davranışlardan çəkinməsinə qərar verib. Bundan başqa, məhkəmə S.Uçarın silahlarını polisə təslim etməsinə, əsəb və hirsinə nəzarət üçün səhiyyə müəssisəsinə müraciət etməsinə qərar verib.

Banu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm