Keti Perrinin klipi 1 milyard dəfə izlənildi - VİDEO
Bizi izləyin

Magazin2

Keti Perrinin klipi 1 milyard dəfə izlənildi - VİDEO

Keti Perri növbəti dəfə rekorda imza atıb. Amerikalı müğənni Keti Perrinin “Roar” adlı klipi “YouTube” videoizləmə portalında 1 milyard dəfə baxılıb. Bununla Keti dünyada ilk ifaçı olub ki, iki klipi birdən 1 milyard baryerini atlayıb.

Bundan əvvəl Ketinin “Dark horse” klipi də 1 milyard dəfə baxılmışdı. Hər iki klip ifaçının 2013-cü ildə işıq üzü görən “Prism” adlı albomuna daxildir.

Keti Perridən başqa cəmi bir neçə müğənninin klipləri milyardlıq baryeri aşa bilib: Psayın “Gangnam Style”, Castin Biberin “Baby” və Teylor Sviftin “Blank Space” klipləri buna misaldır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm